Dore Group haqqında

30 il əvvəl fəaliyyətə kiçik mağaza və 2 nəfərlik heyətlə başlayan Dore Group bu gün 300 nəfərlik komanda ilə Azərbaycanın 7 regionunda iri anbarlarda fəaliyyət göstərir. Şirkət qeyri-qida məhsulları - gözəllik baxımı, təmizlik və digər kateqoriyalara aid məhsulları ölkə üzrə müxtəlif satış nöqtələrinə təqdim edir.

Tərəfdaşlıq və İnfrastruktur

Dore Group 50-dən çox beynəlxalq brendin rəsmi nümayəndəsidir. Dünya markalarını yerli bazara təqdim etməklə yanaşı, geniş anbar və logistika imkanları ilə müştərilərinə keyfiyyətli və vaxtında xidmət göstərir. 50 daşıyıcı vasitə ilə çatdırılma effektiv şəkildə həyata keçirilir.

0 %
Müştəri
Məmnuniyyəti
0 %
Ekoloji Təsir
0 %
Orqanik Standartlar
0 +
Qlobal Əhatə
Dəyərlərimiz
Şirkət yeniliklərə açıq, strategiyaya sadiq və müştəri məmnuniyyətinə fokuslanmış şəkildə fəaliyyət göstərir. Dəyərləri komanda ruhu və dürüst satışdır. Dore Group müştərilərdə uzunmüddətli etibar formalaşdırmağı əsas məqsəd kimi qəbul edir.
Hədəflərimiz
Hazırda qeyri-qida sektorunda ilk onluqda yer alan Dore Group, gələcəkdə ilk beşlik arasında olmağı hədəfləyir. Təcrübə, peşəkar komanda və fərdi yanaşma bu məqsədə çatmaqda əsas rol oynayır.